EN

Azərbaycanda doğum azalır, əhali artır SON RƏQƏMLƏR

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2026-cı ildə Azərbaycan əhalisinin sayı 2 min 807 nəfər artıb.

Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2026-cı ilin 1 yanvar tarixindən 15 mart tarixinədək Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 13 683 uşağın doğumu, 10 876 şəxsin isə ölümü qeydə alınıb.

Ötən ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 119 doğulan körpə və 14 172 ölüm halı qeydə alınmışdı.

Xatırladaq ki, 2024-cü ildə ölkə əhalisinin sayı 44 100 nəfər, 2025-ci ildə isə 37 min 462 nəfər artıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
modern.az

1Sources