Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, Quba rayonu Zizik kəndində ər arvadını öldürdükdən sonra intihar edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev arvadı, 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanı başından balta ilə vurub.
C.Ağasiyevin içki və narkotik aludəçisi olduğu deyilir.
Yaxınlarının bildirdiyinə görə, o, evə gələrək arvadını balta ilə vurub. Daha sonra yatıb. Oyananda isə qadının qanaxmadan öldüyünü görüb. O, bundan qorxaraq özünü asıb.
Qonşular evdəki səs-küyü eşitdiklərini, lakin bunun ailədə baş verən dava-dalaşlardan biri olduğunu zənn ediblər. Buna görə köməyə gedən olmayıb.
Quba rayon prokurorluğu ər-arvadın ölməsi faktı ilə bağlı cinayət işi açıb.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.