Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 19 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı və müqəddəs Ramazan bayramı ərəfəsində Vətən müharibəsi, eləcə də 2022-ci il sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuş Vətən övladlarının ailələrini ziyarət edib.
DSX-nin Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canından keçmiş şəhid sərhədçilərin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşadığı qeyd olunub, onların döyüş yolu haqqında geniş məlumat verilib.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirib, dövlətimizin şəhid ailələrinə olan həssas münasibətini yüksək qiymətləndiriblər.
Bildirilib ki, şəhidlərimizin xatirəsinin anılması, onların ailələrinə mənəvi dəstəyin göstərilməsi hər bir vətəndaşın borcudur və Azərbaycan sərhədçiləri bundan sonra da Vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsinə daim ehtiram göstərəcək
Görüşlərin sonunda ailələrə bayram sovqatları təqdim edilib.


















Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.