EN

Sabahdan 11 günlük bayram tətili başlayır

Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır.
ONN media xəbər verir ki, bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyri-iş günlərinin sayı artıb.
Belə ki, martın 20-24-ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22-si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da qeyri-iş günü hesab olunur.
Bundan əlavə, Ramazan bayramı günlərinin də qeyri-iş günləri ilə üst-üstə düşməsi səbəbindən növbəti iş günləri – 27 və 30 mart tarixləri də istirahət günü elan edilib.
Martın 31-i isə bayramdan sonra ilk iş günü hesab edilir.

Chosen
44
20
onn.az

10Sources