Bakı. Trend:
Qırğızıstan mətbuatı ölkənin Dövlət Milli TəhlükəsizlikKomitəsinin (DMTK) keçmiş rəhbəri Kamçıbek Taşiyevin Daxili İşlərNazirliyinə dindirilməyə çağırıldığı barədə məlumat yayıb.
Trend QırğızıstanKİV-ə istinadən xəbər verir ki, ötən həftə onun doğma qardaşı dadindirilib.
Məlumata görə, DMTK-nın keçmiş sədri Kamçıbek Taşiyev hazırdaDİN-in istintaq xidmətində dindirilmədədir.
Bildirilir ki, Taşiyev iki cinayət işi üzrə şahid qismindəistintaq-əməliyyat tədbirlərinə dəvət olunub. O, vəkili iləbirlikdə müstəntiqin otağına daxil olub.
Digər təfərrüatlar hələ ki, açıqlanmır.
Qeyd edək ki, ötən ay Kamçıbek Taşiyevin Qırğızıstan NazirlərKabineti sədrinin müavini – DMTK sədri vəzifəsindən azad edildiyiməlum olub. Taşiyev sonradan özü bu qərarın onun üçün gözlənilməzolduğunu bildirmişdi.
Bundan sonra ölkə prezidenti Sadır Japarov bəyan edib ki,Kamçıbek Taşiyev bir daha dövlət qulluğuna qayıtmayacaq. Japarovhəmçinin ölkədə şimal və cənub arasında bölünməyə yol verməyəcəyinibildirib və dövlət çevrilişi ehtimalını istisna edib.
Bir müddət sonra Qırğızıstan DMTK-nın yeni rəhbərinin təyinolunduğu məlum olub. Həmin vaxt Kamçıbek Taşiyev ölkəni artıq tərketmişdi.
Ötən həftə Taşiyevin qardaşının DİN-in Baş İstintaq İdarəsindədindirildiyi də məlum olub. Dindirilmədən sonra o, sərbəstburaxılsa da, onun deputat mandatı ləğv edilib