EN

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Bakı, 19 mart, AZƏRTAC

2026-cı ilin yanvar-fevral aylarında iqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müayisədə 3,2 faiz azdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.

Chosen
23
6
azertag.az

8Sources