EN

Ərdoğan Gürcüstana başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın katolikos-patriarxının vəfatı ilə əlaqədar Baş nazir İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

“Cənab Baş nazir, bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın vəfatı xəbərini böyük kədərlə aldım. Türkiyə xalqı və şəxsən öz adımdan mərhumun ailəsi, Zati-aliləri, Pravoslav Kilsəsi və Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”, - Rəcəb Tayyib Ərdoğan bildirib.

Chosen
24
4
bakivaxti.az

5Sources