Əgər ananızda qalxanabənzər vəzi problemi varsa, sizin də eyni risk altında olma ehtimalınız çox yüksəkdir. Eyni ailədə – xüsusilə ana və qızda birlikdə görülməsi səbəbindən xalq arasında “ana-qız xəstəliyi” kimi tanınır.
Oxu24.com xəbər verir ki,haşimoto zamanı immun sistemi qalxanabənzər vəzini (tiroidi) “yad cisim” kimi qəbul edir və ona qarşı antitellər (Anti-TPO) istehsal edir.
Nəticədə, vəzi iltihablanır və zamanla bədən üçün həyati vacib olan hormonları (T3, T4) istehsal edə bilmir.
Ən çox rast gəlinən əlamətlər:
Davamlı yorğunluq
Çəki artımı və metabolizmanın yavaşlaması
Saç tökülməsi
Soyuğa həssaslıq
Yaddaş və diqqət zəifləməsi
Vaxtında aşkar edildikdə xəstəlik düzgün müalicə və izləmə ilə rahat idarə oluna bilir.
Haşimoto tamamilə “yox edilən” bir xəstəlik deyil, amma doğru idarə olunan bir vəziyyətdir.