EN

Hazırda İranı kim İDARƏ EDİR?

Müharibə başlayandan İranda yüksək vəzifələr tutan çox sayda dövlət rəsmisi öldürülüv.. Ölkənin tanınmış şəxsləri bir-bir aradan götürülür. Daxildəki proseslərə bu və ya digər dərəcədə təsir etmək gücündə olan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də artıq həyatda yoxdur. Habelə SEPAH lideri general-mayor Məhəmməd Pakpur və təşkilatın bir neçə əsas füqurları da öldürülüb. Ali dini lider Müctəba Xameneinin isə yaralı olduğunu Tehran da təsdiqləyib.

Bəs, İranı bu vəziyyətdə faktiki olaraq kim idarə edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, hazırkı situasiyada İranda məsuliyyəti üzərinə götürə biləcək adam və yaxud qurum yoxdur:

“Ölkədəki vəziyyətə Laricani sağ olanda müəyyən qədər təsir göstərə bilirdi. Lakin onun öldürülməsilə İran idarəetmə məsələsində artıq xaosa sürüklənib. Hər hansı nazirlik, Ayətullahlar Şurası toplantı keçirən kimi, dərhal İsrail təyyarələri oranı bombalayır”.

Ekspert qeyd edir ki, hazırda İranda idarəolunmaz xaos vəziyyəti yaranıb:

“Mərkəzdən verilən göstərişlər ucqarlara gedib çatmır”.

Rüfət Sultan, Bizim.Media

Chosen
24
1
bizim.media

2Sources