EN

“Tehran raketlərin İrandan atıldığını inkar edir” - Hakan Fidan

“Raketlərin qalıqları ilə bağlı mövcud tapıntılar onların İrandan gəldiyini göstərir”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanında jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə ki, yerləşmə məlumatları da var, amma iranlılar ən yüksək səviyyələrdə bunu inkar edirlər. Onlar belə bir əmr vermədiklərini deyirlər. Texniki araşdırmalar, texniki əlaqələr olub. Onlar Tehranda məlumat veriblər. Biz də əldə etdiyimiz tapıntıları paylaşdıq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
64
missiya.az

1Sources