EN

Xəzərə HÜCUM, 4 ölkə MƏHV EDİLDİ, sirada ONLARDIR – 7 trilyon vəsait XƏRCLƏNDİ!

İsrail Xəzər dənizində İran gəmilərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" qəzetinin məlumatında deyilir.

Bildirilib ki, İranın Ənzəli limanında çoxsaylı partlayışlar qeydə alınıb.

Pentaqon İrana qarşı hərbi əməliyyatlar üçün Ağ Evdən Konqresə 200 milyard dollardan çox vəsait ayrılması tələbini təsdiqləməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" administrasiyadakı yüksək rütbəli rəsmiyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu tələbin münaqişənin əleyhinə olan qanunvericilər tərəfindən ciddi müqavimətlə üzləşəcəyi gözlənilir. Hətta bəzi Ağ Ev rəsmiləri bu büdcənin Konqresdə təsdiqlənmə şansının real olmadığını hesab edirlər.

Pentaqonun qanunvericilərə verdiyi hesabatda qeyd olunur ki, İrana qarşı hərbi əməliyyatların yalnız ilk həftəsində ABŞ 11,3 milyard dollar vəsait xərcləyib. Bu rəqəm yalnız ilkin zərbələr zamanı istifadə olunan sursatların dəyərini əks etdirir.

Qoşunların yerləşdirilməsi, logistika və davam edən digər əməliyyat xərcləri bura daxil edilməyib, bu isə ümumi məbləğin daha yüksək olduğunu göstərir.
Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov isə bildirib ki, 21-ci əsrdə Vaşinqton Əfqanıstan, İraq, Liviya və Suriyanın məhv edilməsinə yeddi trilyon dollar xərcləyib. O, əlavə edib ki, ABŞ-ın davranışı qlobal supergücün lənətinə çevrilib. Senatorun fikrincə, sırada Çindir və Amerika Çini məhv etmək üçün Yaxın Şərqdə ciddi əməliyyatlar aparır.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi analitik Əli Mustafadır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

Chosen
50
musavat.com

1Sources