EN

Paytaxtda kritik nöqtədə dəyişiklik Hərəkət rahatlaşacaq

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni svetoforlar quraşdırılıb.

Milli.Az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, svetoforlar bir neçə dəqiqədən sonra istifadəyə veriləcək.

Bildirilib ki, Paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində "L" və "A" tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.

Yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və "20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə quraşdırılıb.

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
6
news.milli.az

10Sources