UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib.
Msport.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutub.
“Barselona” evdə “Nyukasl”ı, “Liverpul” isə “Qalatasaray”ı üstələyib.
“Bavariya” doğma meydanda “Atalanta”dan yenə güclü olub. “Totenhem” isə “Atletiko”ya qalib gəlsə də, mübarizəni dayandırıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
“Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) 7:2
İlk oyun – 1:1
“Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 4:0
İlk oyun – 0:1
“Bavariya” (Almaniya) – “Atalanta” (İtaliya) 4:1
İlk oyun – 6:1
“Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya) 3:2
İlk oyun – 2:5
Qeyd edək ki, 1/4 finalda PSJ “Liverpul”la, “Real” “Bavariya” ilə, “Barselona” “Atletiko” ilə, “Sportinq” isə “Arsenal”la qarşılaşacaq. İlk oyunlar aprelin 7-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.