EN

Messi "900"-ə çatdı, Ronaldunu qabqladı

"İnter Mayami"nin əfsanəvi hücumçusu Lionel Messi karyerasında 900-cü qolu vurub. 

Fanat.Az xəbər verir ki, argentinalı ulduz bunu KONKAKAF Çempionlar Kubokunda "Neşvill"ə (1:1) görüşdə reallaşdırıb. 

"İnter Miami News Hub"-un hesablamasına görə, Messi 900 qola çatmaq üçün cəmi 1142 oyuna ehtiyac duyub. Bu isə dünya rekordudur. Kriştianu Ronaldu bu həddi 1236-cı matçında keçib. Messinin 900 qola 38 yaş 268 günlüyündə, portuqaliyalı rəqibinin isə 39 yaş 213 günlüyündə çatması da qeyd olunmalıdır. 

Hücumçunun bu uğuruna baxmayaraq, "İnter Mayami" KONKAKAF Çempionlar Kubokunda mübarizəni dayandırmalı olub. 

Messi 2023-cü ildən bəri "İnter Mayami"nin şərəfini qoruyur. Səkkizqat "Qızıl top" mükafatçısı MLS-ə keçməzdən əvvəl PSJ və "Barselona"da oynayıb. 

Chosen
31
1
fanat.az

2Sources