EN

İranda polisləri öldürməkdə ittiham olunan 3 nəfər edam olundu

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda yanvar ayında keçirilən etiraz aksiyalarında iki polis məmurunu öldürməkdə ittiham olunan üç iştirakçı edam edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təqsirləndirilən şəxslər 7 yanvarda Qum əyalətində baş verən hökumət əleyhinə nümayişlər zamanı iki hüquq-mühafizə orqanı əməkdaşının qətlində günahlarını etiraf ediblər.

Onlar həmçinin İsrail və ABŞ-nin maraqlarına uyğun fəaliyyətlərdə ittiham olunublar. Ancaq agentlik bu fəaliyyətlərin nə olduğunu dəqiqləşdirməyib.

Qeyd edək ki, İranda iğtişaşlar 29 dekabr 2025-ci ildə, İran rialının kəskin şəkildə ucuzlaşması ilə başlayan küçə etirazlarından sonra başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri silahlı terrorçular peyda olub və nümayişçilər arasında fəaliyyət göstərməyə başlayıblar. İran hakimiyyəti iğtişaşları təşkil etməkdə İsrail və ABŞ-ni günahlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
83
1
yeniavaz.com

2Sources