EN

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasında 900-cu qolunu vurub.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu "Neşvill"lə doğma meydanda heç-heçə (1:1) etdikləri KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda fərqlənib.

İlk görüşdə hesab açılmadığı üçün rəqib səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir.



Bizim.Media

Chosen
100
3
bizim.media

4Sources