EN

Qızıl və gümüş ucuzlaşıb - 19 mart 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

Qaziler.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,93% azalaraq 4 850.80 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,38% azalaraq 75.75 ABŞ dolları olub.

Chosen
70
49
qaziler.az

10Sources