EN

Hesabınıza səhvən gələn pulu qətiyyən geri göndərməyin -xəbərdarlıq

Türkiyəli iqtisadiyyat üzrə mütəxəssis Dr. Serkan Varsak son vaxtlar geniş yayılan kart (Beynəlxalq Bank Hesabı Nömrəsi) fırıldaqçılığı üsulları barədə vətəndaşlara ciddi xəbərdarlıq ediblər.

Milli.Az xəbər verir ki, fırıldaqçılar çirkli pulları yumaq məqsədilə təsadüfi şəxslərin hesabına kiçik məbləğdə pullar göndərirlər.

Proses belə işləyir:

Sizin hesabınıza tanımadığınız şəxsdən pul gəlir.

Az sonra kimsə zəng edərək deyir: "Bağışlayın, hesabınıza səhvən pul göndərmişəm, zəhmət olmasa, verdiyim bu kart nömrəsinə həmin pulu geri qaytarın".

Siz həmin pulu onların dediyi hesaba göndərdiyiniz an cinayətə ortaq olursunuz. Çünki pulu sizə göndərən şəxslə sizin qaytardığınız hesab fərqli olur və siz "pul yuma" zəncirinin bir halqasına çevrilirsiniz.

Əgər hesabınıza tanımadığınız bir şəxsdən pul gəlibsə:

Pulu birbaşa həmin şəxsə geri göndərməyin.

Dərhal bankınızla əlaqə saxlayın və vəziyyəti bildirin.

Bankdan həmin məbləğin gəldiyi hesaba (yalnız gəldiyi mənbəyə) geri qaytarılmasını və ya dondurulmasını tələb edin. Beləliklə, siz hüquqi məsuliyyətdən kənarda qalırsınız.

Mütəxəssis Serkan Varsak digər metodlar barədə də məlumat verib:

Xüsusilə universitet tələbələrinə aylıq müəyyən ödəniş qarşılığında kartlarını kirayə vermək təklif olunur. Bu, birbaşa cinayətdir və ağır hüquqi nəticələri var.

Avtomobil və ya daşınmaz əmlak saytlarında bazar qiymətindən çox ucuz elanlar yerləşdirilir. Müştəridən kiçik məbləğdə "beh" istənilir və bu yolla minlərlə insan aldadılır.

Şirkətlərin müştərilərlə yazışdığı nömrələr oğurlanır və müştərilərə "Şirkətin IBAN (Beynəlxalq Bank Hesabı Nömrəsi) nömrəsi dəyişdi, ödənişi bura edin" deyə saxta mesajlar göndərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
3
olaylar.az

8Sources