EN

İran Qətərdə dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirib

İran Qətər ərazisinə ballistik raket hücumu həyata keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyindən bildirilib. Raketlərdən biri Ras Laffan sənaye şəhərində yerləşən mayeləşdirilmiş təbii qaz müəssisəsinə düşüb. Nəticədə ərazidə yanğın baş verib.

Məlumata görə, İran ümumilikdə beş raket atıb, onlardan dördü hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

“QatarEnergy” şirkəti hadisəni təsdiqləyib. Bildirilib ki, yanğının söndürülməsi üçün tədbirlər görülür, xəsarət alan yoxdur.

Qətər Xarici İşlər Nazirliyi hücumu “təhlükəli eskalasiya” adlandırıb və ölkənin beynəlxalq hüquqa uyğun olaraq cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
77
missiya.az

1Sources