Misli Premyer Liqasında XXV tur davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə autsayder "Karvan-Yevlax" doğma meydanda "Zirə"ni qəbul edəcək. Saat 15:00-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Günün növbəti oyununda lider "Sabah" "Sumqayıt"ı sınağa çəkəcək. Rəvan Həmzəzadənin baş hakimi olduğu matçın start fiti 19:15-də səsləndiriləcək.
Qeyd edək ki, turun açılış oyununda "Arz-Naxçıvan" "Şamaxı"nı səfərdə 1:0 hesabı ilə üstələyib.
Tura 21 martda yekun vurulacaq.
Misli Premyer Liqası
XXV tur
19 mart
15:00. "Karvan-Yevlax" – "Zirə"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov, Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax. Şəhər stadionu.
19:15. "Sabah" – "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov, Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Masazır. "Bank Respublika Arena".
