Bakı. Trend:
Misli Premyer Liqasında XXV tura bu gün start veriləcək.
Trend xəbər verirki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda “Karvan” doğma meydanda “Zirə"ni qəbuledəcək. Görüş saat 15:00-da başlayacaq. Hazırda meydan sahibləri 8xalla sonuncu, qonaqlar isə 39 xalla 4-cü pillədəqərarlaşıblar.
Turun digər oyununda isə “Sumqayıt” “Sabah”ın qonağı olacaq.Qarşılaşma saat 19:15-də start götürəcək. Meydan sahibləri 32 xalla7-ci, qonaqlar isə 59 xalla 1-ci pillədə qərarlaşıblar.