EN

BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyət müzakirə edilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Yaxın Şərqdə davam edən gərginlik, Suriyanın kövrək keçid və bərpa dövrünü yaşadığı bir vaxtda ölkəyə təzyiqi artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT nümayəndələri çərşənbə günü Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən xəbərdarlıq ediblər.

Baş katibin Suriya üzrə xüsusi elçisinin müavini Klaudio Kordone regional münaqişənin nəticələrinin artıq Suriya ərazisində hiss olunduğunu bildirib.

Onun sözlərinə görə, raket və dronların vurulması nəticəsində düşən qırıntılar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub.

Kordone qeyd edib ki, Livana endirilən zərbələr nəticəsində əsasən suriyalılar olmaqla təxminən 140 min insan təhlükəsizlik axtarışında sərhədi keçib.

Eyni zamanda, o, Suriya hökumətinin ölkənin regional münaqişəyə bundan sonra cəlb edilməməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq səylərini müsbət qiymətləndirib.

“Beynəlxalq hüquqa riayət edilməsi, gərginliyin azaldılması və dialoq bu dağıdıcı müharibənin sonrakı nəticələrinin qarşısının alınması üçün əsas məsələlər olaraq qalır”, - deyə xüsusi elçisinin müavini vurğulayıb.

Öz növbəsində, Baş katibin köməkçisi və BMT-nin Təcili Yardım üzrə koordinatorunun müavini Coys Msuya qeyd etdi ki, Dəməşq hava limanının bağlanmasına və təhlükəsizlik risklərinin artmasına baxmayaraq, humanitar əməliyyatlar davam edir.

Suriyanın şimal və şərqindəki vəziyyət sabitləşir, lakin Hələb və Əl-Hasaka əyalətlərində 100 mindən çox insan hələ də məcburi köçkün vəziyyətində olaraq qalır.

Bu arada, qeyri-müntəzəm enerji təchizatı su təchizatı və tibb müəssisələrinin işini pozmaqda davam edir. Humanitar təşkilatlar hər ay 200 mindən çox insana ərzaq, tibbi yardım və zəruri əşyalar təmin edərək yardım göstərir.

Lakin, Msuya vurğulayıb ki, humanitar yardım dövlət xidmətlərini əvəz edə bilməz.

Minalar və partlamamış hərbi sursatlar (PHS) ciddi təhlükə yaratmağa davam edir. BMT-nin məlumatına görə, fevral ayından bəri bu cür hadisələr nəticəsində 50 nəfər həlak olub, daha 97 nəfər yaralanıb. BMT mina təmizləmə səylərini genişləndirməyə hazırdır, lakin bu, əlavə resurslar və təhlükəsizliyin təmin edilməsini tələb edir.

Msuya xəbərdarlıq edib ki, regionda münaqişənin uzanması, o cümlədən yanacaq qiymətlərinin artması və təchizat zəncirlərinin pozulması səbəbindən Suriya iqtisadiyyatına ciddi təsir göstərə bilər.

“Əgər Suriya xalqına beynəlxalq dəstək məhz indi zəifləsə, bu, faciəvi bir səhv olacaq”, - deyə o sözünü yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
1
azertag.az

2Sources