EN

Hesabınıza səhvən gələn pulu qətiyyən geri göndərməyin!

Türkiyəli iqtisadiyyat üzrə mütəxəssis Dr. Serkan Varsak son vaxtlar geniş yayılan kart (Beynəlxalq Bank Hesabı Nömrəsi) fırıldaqçılığı üsulları barədə vətəndaşlara ciddi xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, fırıldaqçılar çirkli pulları yumaq məqsədilə təsadüfi şəxslərin hesabına kiçik məbləğdə pullar göndərirlər.

Proses belə işləyir:

Sizin hesabınıza tanımadığınız şəxsdən pul gəlir.

Az sonra kimsə zəng edərək deyir: "Bağışlayın, hesabınıza səhvən pul göndərmişəm, zəhmət olmasa, verdiyim bu kart nömrəsinə həmin pulu geri qaytarın".

Siz həmin pulu onların dediyi hesaba göndərdiyiniz an cinayətə ortaq olursunuz. Çünki pulu sizə göndərən şəxslə sizin qaytardığınız hesab fərqli olur və siz "pul yuma" zəncirinin bir halqasına çevrilirsiniz.

Chosen
37
2
publika.az

8Sources