EN

Qətərdən İrana qarşı sərt addım: Diplomatlar ölkədən qovulurlar

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qətər Xarici İşlər Nazirliyi Dohadakı İran səfirliyinə rəsmi nota göndərərək hərbi attaşenin və təhlükəsizlik məsələləri üzrə attaşenin 24 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, hərbi attaşe, təhlükəsizlik attaşesi və onların əməkdaşları "persona non grata" elan ediliblər.

Bu qərarın Qətərə qarşı həyata keçirilən, o cümlədən LNG istehsal müəssisələrinə yönəlmiş hücumlara cavab olaraq qəbul edildiyi vurğulanıb.

Nazirlik bildirib ki, bu hücumlar ölkənin suverenliyi və təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
74
oxu.az

1Sources