EN

Çində qəribə aksiya: Artıq çəkini mal əti ilə dəyişmək imkanı yaradıldı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinin Tsyansu vilayətinin Şanbey icmasında sağlam həyat tərzini təşviq etmək məqsədilə qeyri-adi aksiya başladılıb. Sakinlərə artıq çəkilərindən qurtulmaq müqabilində pulsuz mal əti təklif olunur.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Artıq 2 400-dən çox insan bu maraqlı layihədə iştirak etmək üçün müraciət edib.

Aksiyanın şərtlərinə əsasən, iştirakçıların həqiqətən artıq çəkidən əziyyət çəkdiyi sübut olunmalıdır. Belə ki, müraciət edən kişilərdə bel çevrəsi 90 sm, qadınlarda isə 80 sm-dən çox olmamalıdır. Çəki atmaq üçün iştirakçılara 9 ay vaxt verilir.

Qaydalara görə, itirilən hər 0.5 kq çəki müqabilində sakinlərə 0.5 kq mal əti və ya 1.5 kq sümük hədiyyə edilir. Maksimum 10 kq çəki mübadiləsi mümkündür və əsas tələb arıqlama prosesinin tamamilə təbii yollarla aparılmasıdır.

Bu təşəbbüs Çində son illər sürətlə artan artıq çəki problemi ilə mübarizə tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
oxu.az

1Sources