EN

CNN: ABŞ-də benzin qiymətləri 2023-cü ildən bəri rekord həddə çatıb...

İranla münaqişə fonunda yanacaq qiymətlərinin sürətli artımı iqtisadiyyata ciddi təzyiq yaradır...

Poliqon xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ-də adi benzinin orta qiyməti son sutkada daha 5 sent artaraq bir qallon üçün 3,84 dollara çatıb və bu da 25 sentyabr 2023-cü ildən bəri ən yüksək göstəricidir. Artım xüsusilə bir sıra ştatlarda daha kəskin hiss olunur, belə ki, artıq yeddi ştatda yanacağın qiyməti 4 dolları keçib, Kaliforniya, Havay və Vaşinqton ştatlarında isə bu göstərici 5 dollardan yuxarıdır.

Məlumata əsasən, İranla hərbi əməliyyatların başlanmasından sonra ABŞ-də benzin qiymətləri ümumilikdə 86 sent artıb ki, bu da təxminən 29 faizlik yüksəliş deməkdir. Bu artım tempi ölkə tarixində ən sürətli qiymət sıçrayışlarından biri hesab olunur və 2005-ci ildə “Katrina” qasırğası zamanı müşahidə edilən kəskin bahalaşma ilə müqayisə edilir. Həmin dövrdə Meksika körfəzi sahillərində yerləşən neft emalı infrastrukturu ciddi zərər görmüşdü.

Ekspertlər xəbərdarlıq edirlər ki, yanacaq qiymətlərinin bu qədər sürətlə yüksəlməsi həm əhalinin xərclərinə, həm də ümumi iqtisadi aktivliyə mənfi təsir göstərə bilər. Yanacağın bahalaşması nəqliyyat və logistika xərclərini artırmaqla yanaşı, inflyasiya təzyiqlərini də gücləndirir.

İqtisadçıların hesablamalarına görə, əgər qiymətlər il ərzində bu səviyyədə qalarsa, ABŞ iqtisadiyyatı üçün əlavə xərclər təxminən 100 milyard dollar təşkil edə bilər. Bu isə istehlakçı davranışlarına, biznes fəaliyyətinə və ümumi iqtisadi sabitliyə əhəmiyyətli təsir göstərə biləcək risk kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
94
13
poliqon.info

10Sources