EN

Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq Artıq gecdir, şəkilləri silmək də işə yaramır

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Süni intellekt texnologiyalarının inkişafı ilə insanların şəkillərindən və videolarından razılığı olmadan saxta materiallar hazırlanması halları artıb. Bu cür risklər fonunda vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumat və şəkillərini qorumaq üçün daha diqqətli olması vacibdir. Tam şəkil silmək müəyyən qədər qoruma təmin edə bilər, lakin digər tədbirlər də mühüm əhəmiyyət daşıyır. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, sosial şəbəkələrdə məxfilik ayarlarını sərtləşdirmək mümkündür. "Profilinizi private (gizli) edə və paylaşımlarınızı yalnız tanıdığınız şəxslərin görməsinə icazə verə bilərsiniz. Köhnə şəkillərinizi “public”dən çıxarın və imkan varsa, “face search” (üz axtarışı) funksiyasını deaktiv edin. Amma unutmayın ki, bu tam qoruma təmin etmir. Məsələn, gizli profiliniz olsa da, sizi izləyən biri paylaşımlarınızı görə bilər və bu şəkillər digər insanlar tərəfindən fərqli formada istifadə oluna bilər. Yəni tam qaçış yoxdur".Ekspert bildirib ki, şəkillərin paylaşılmasına da diqqət etmək lazımdır. "Yüksək keyfiyyətli və yaxın plan (close-up) üz şəkillərini çox paylaşmaq məsləhət deyil. Müxtəlif bucaqlardan çəkilmiş çoxlu şəkillər paylaşmaqdan çəkinin, çünki bu, süni intellekt üçün yaxşı dataset yarada bilər. Uşaqların şəkillərini paylaşarkən isə daha ehtiyatlı olmaq lazımdır. İnternetdə yayılan şəkilləri tam silmək adətən mümkün deyil, amma riskli kontenti azaltmaq olar. Bunun üçün köhnə və açıq şəkilləri yenidən yoxlayın, Google Image Search ilə öz şəkillərinizi axtarın və lazım olarsa, platformalara report (şikayət) göndərin. Texniki qorunma üsulları da mövcuddur: şəkillərə watermark əlavə etmək, metadata (EXIF) məlumatlarını silmək və bəzi platformalarda AI scraping qarşısını alan ayarlardan istifadə etmək olar. Bunlar tam qoruma təmin etməsə də, əlavə təhlükəsizlik tədbiridir".Onun sözlərinə görə, əgər şəkillərdən saxta kontent yaradılıbsa, dərhal platformada şikayət göndərmək və hüquqi addımları araşdırmaq lazımdır. "Azərbaycanda bu məsələ artıq kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması qanunvericiliyinə daxildir. Bugünkü reallıqda süni intellekt üçün 1–2 şəkil belə kifayət edir, ona görə bütün texniki üsullar bəzən yetərli olmaya bilər. Əsas problem şəkil paylaşmaqda deyil, nəzarətsiz paylaşmaqdadır. Sadəcə diqqətli olmaq kifayətdir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
demokrat.az

1Sources