EN

ACF daha 25 klub və idman təşkilatını lisenziyalaşdırıb

Bakı. Trend:

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub vəidman təşkilatına beş il müddətinə lisenziya verilib.

Trend xəbər verirki, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən edilmişqaydalara uyğun şəkildə təqdim edərək müvafiq meyarlar əsasındaseçim mərhələsindən uğurla keçiblər.

Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibinmüavini Kamran Talıbov çıxış edərək lisenziyalaşdırma prosesininməqsədi və əhəmiyyəti, həmçinin klub və idman təşkilatlarınınüzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl federasiya tərəfindən ümumilikdə 202klub və idman təşkilatına lisenziya təqdim olunub.

Chosen
52
az.trend.az

1Sources