"Təhsilimiz yüksəlməlidir. Milli şüur aşağı olanda heç nə etmək olmur".
Bunu Redaktor.az-a açıqlamasında yazıçı Seyran Səxavət qeyd edib.
"Milli şüuru tənzimləyən təhsildir. Təhsil özü can hayındadır. Təhsil güclənməlidir. Əgər yaxşı jurnalistlərimiz yoxdursa, qoy ölkədə cəmi bir televiziya olsun. Sonra jurnalistlər ordusu yarandıqca, Azərbaycan dili inkişaf etdikcə, milli şüurumuz yüksəldikcə, təhsilimiz yüksəldikcə, lap 50 dənə televiziya açsınlar, özləri bilər. Bu, ağır məsələdir", - deyə o, televiziya aparıcılarından gileylənərkən bildirib.
Aytəkin TOFİQQIZI