EN

Komandanın formalaşması üçün belə görüşlərdə qələbə vacibdir Andrey Demçenko

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Araz-Naxçıvan" komandasının baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının XXV turunda "Şamaxı" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, futbolçuların tapşırıqları yerinə yetirdiyini bildirib:

"Bizim qarşımıza qoyulan məqsəd son iki oyunda 6 xal qazanmaq idi və buna nail olduq. Komandanı bu tapşırığın öhdəsindən gəldiyi üçün təbrik edirəm. Oyun məndə qarışıq təəssüratlar oyatdı. Birinci hissədə təşəbbüsə sahib idik, qol imkanları yaratdıq. Amma ikinci hissə xoş təsir bağışlamadı. Rəqib uzun ötürmələrə üstünlük verdi və bizdə müəyyən problemlər yarandı. Matçın sonunda qol buraxıb heç-heçə də edə bilərdik. Bununla belə, müdafiədə yaxşı oynadıq və rəqibin yüzfaizlik epizodlarda fərqlənməsinə imkan vermədik. Komandanın formalaşması üçün belə görüşlərdə qələbə vacibdir".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
3
fanat.az

4Sources