EN

Azərbaycanda oğul anasını döydü Qadın məhkəmədə bağışladı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Ağcabədi rayonunda ana və oğul arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 6-da rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.1989-cu il təvəllüdlü Rahib həmin gün saat 18 radələrində yaşadığı evdə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı dırnaqları ilə anası Sevilin (adlar şərtidir – red.) hər iki bilək nahiyyəsinə tutaraq sıxıb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 6-da, saat 18 radələrində evə içkili vəziyyətdə gəlib:“Buna görə anam mənə iradlarını bildirdi. Hətta məni evdən qovmaq istədi. Bu səbəbdən aramızda sözlə mübahisələrimiz yarandı. Mübahisə vaxtı əsəbiləşərək anamın hər iki əlinin bilək nahiyyəsindən tutdum və dırnaqlarım ilə möhkəm sıxandan sonra dartaraq ona xəsarət yetirdim. Anamın bilək nahiyyələrindən qan gəldiyini görəndən sonra bir anlıq əsəbim sakitləşdi. Tez anamdan kənərlaşdım. Bundan sonra peşmançılıq hissi keçirdiyim üçün evdən getdim”. Bu işə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, ana və oğul barışıblar. Qadın oğluna qarşı şikayətini geri götürüb. Bu səbəbdən də hakim iş üzrə icraata xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
demokrat.az

1Sources