Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq.
"Barselona" evdə "Nyukasl"la üz-üzə gələcəksə, "Qalatasaray" səfərdə "Liverpul"un qonağı olacaq.
"Bavariya" doğma meydanda "Atalanta", "Totenhem" isə "Atletiko ilə qarşılaşacaq.
Ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), "Real" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.
21:45. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə)
İlk oyun - 1:1
00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
İlk oyun - 0:1
00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya)
İlk oyun - 6:1
00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya)
İlk oyun - 2:5