Vaşinqton, 18 mart, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Amerika Birləşmiş Ştatları-İsrail hərbi əməliyyatları və İranın cavab tədbirləri dayandırılana qədər rəsmi Tehranın Vaşinqtonla nüvə danışıqlarına qayıtmağa hazır olacağına inanmadığını deyib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Vaşinqtonda jurnalistlərə bildirib.
“Bunu dərhal mümkün variant kimi nəzərdən keçirmək vaxtı deyil. Hərbi kampaniya davam etdiyi müddətdə danışıqların olacağını düşünmürəm”, - deyə o vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton