JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB məlumat yayıb

Məlumata görə, məsafədən aparılan nəzarət tədbirləri çərçivəsində “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın müvafiq tələblərinin pozulması aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi 600 manat cərimə edilib.

Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX