EN

Çin ABŞ-ın İrandakı fəaliyyətini təhlil edir - Görün bu, Pekinə nədə kömək edəcək

Çin Yaxın Şərqdə ABŞ ordusunu izləyərək topladığı məlumatları gələcək münaqişələrdə, o cümlədən Tayvanla bağlı qarşıdurmada istifadə edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Nəşrə danışan Qərb mənbələrinin sözlərinə görə, Çin hərbçiləri İranla davam edən müharibəni təhlil edir, ABŞ-ın hücum imkanlarını araşdırır və gələcək münaqişələrdə faydalı ola biləcək detallar əldə etməyə çalışırlar.

“Pekin böyük ehtimalla ABŞ hərbçilərinin fəaliyyətini diqqətlə izləyir, məlumat toplayır. Bu məlumatlar Tayvan ətrafında mümkün hərbi münaqişəyə təsir göstərəcək amilə çevrilə bilər”, - məlumatda qeyd olunub.

Chosen
20
50
publika.az

10Sources