EN

"Tramp Hörmüz boğazının açılmasında ona etiraz edənlərin hamısına acıqlıdır" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun tezliklə vəzifəsini tərk edəcəyini bildirib. 

Qeyd edək ki, bu açıqlama Fransa Prezidentinin Trampın Hörmüz boğazının açılmasını asanlaşdırmaq üçün hərbi gəmilər göndərmək tələbini rədd etməsi fonunda verilib.

Bəs Amerika liderinin belə bir bəyanatı Makron üçün təhdiddirmi?

Redaktor.az-a danışan politoloq Azər Qasımov qeyd etdi ki, Fransa Prezidenti Emanuel Makronun tezliklə vəzifəsini tərk edəcəyi bir reallıqdır:

"Çünki Makronun Fransa prezidentliyi müddəti bitəcək. Bu, Makronun ikinci müddət prezidentliyi olduğu üçün artıq o, prezident ola bilməyəcək. Amma əminliklə demək olar ki, ABŞ Prezidenti Donald Tramp bunu Makrondan xoşu gəlmədiyi üçün deyib. Təbii ki, Makronun vəzifədən getməsi üçün başqa səbəb yoxdur. Tramp Hörmüz boğazının açılmasında ona etiraz edənlərin hamısına acıqlıdır. Tramp bu yolla Avropa liderlərinə təzyiq edir. Bu, Trampın xüsusiyyətidir. Hamı ilə təzyiq dili ilə danışır. Amma hesab edirəm ki, zamanla Avropa və NATO da Hörmüz boğazının açılması məsələsində ABŞ ilə birlikdə hərəkət edəcək, sadəcə hamı müharibənin konturlarının dəqiqləşməsini gözləyir".

Aytəkin TOFİQQIZI

Chosen
35
1
redaktor.az

2Sources