EN

Sabiq "Breşiya"lı Azərbaycan klubuna lazım olmadı

Mövsümün sonu "Sumqayıt"dan ayrılacaq oyunçular arasında Nikola Ninkoviç də yer alacaq.

Ötən yay böyük ümidlərlə "kimyaçılar"a transfer olunan serbiyalı ümidləri doğrulda bilmədi.

Bu səbəbdən 1+1 illik müqaviləsi olan yarımmüdafiəçiyə yeni anlaşma təklif olunmayacaq.

31 yaşlı legioner Sumqayıt təmsilçisinin heyətində meydana çıxdığı 26 görüşdə 1 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
36
sportinfo.az

1Sources