EN

Rusiya İrana humanitar dəstəyini davam etdirəcək - Zaxarova

Rusiya İrana dəstəyini davam etdirəcək.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya çətin vəziyyətdə olan İran xalqına yardımını davam etdirəcək.

Zaxarova bildirib ki, martın 12-də Prezidentin göstərişi ilə Rusiya FHN-ə məxsus İl-76 təyyarəsi İran sərhədinə yaxın Azərbaycan şəhərlərindən birinin hava limanına 13 tondan çox dərman çatdırıb. Humanitar yük İran tərəfinə təhvil verilərək quru yolu ilə ölkəyə göndərilib.

Qeyd edək ki, fevralın 28-dən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlar həyata keçirir, İran isə cavab zərbələri endirir.

Seyranə QuliyevaMissiya.Az

Chosen
95
missiya.az

1Sources