EN

Kərə yağı istehsalı ilə bağlı QALMAQALLI GÖRÜNTÜLƏR VİDEO

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Antisanitar şəraitdə hazırlanan kərə yağının görüntüləri insanların narahatlığına səbəb olub.

Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

İddialara görə, kadrlarda "Tulçinka" markalı kərə yağının istehsal prosesi əks olunub. Görüntülərdə məhsulun gigiyenik normalara uyğun olmayan şəraitdə hazırlandığı iddia edilir.

Moderator.az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ araşdırılır.

"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Məsələ araşdırılır. Qida sahəsində hər hansı uyğunsuzluq olarsa, istehlakçılar, o cümlədən sosial şəbəkə izləyiciləri konkret faktlarla "E-Qidam" mobil tətbiqi ilə və ya "1003-Çağrı Mərkəzi"nə zəng vuraraq müraciət edə bilərlər", - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
10
moderator.az

10Sources