EN

“Çinar” süd məhsullarının şorundan görün nə çıxdı – VİDEO

Vətəndaş “Çinar” süd məhsulları müəssisəsinin istehsalı olan “İvanovalı” şor məhsulunun içindən çıxanları paylaşıb.

Tribuna.az xəbər verir ki, bununla bağlı videonu Ömər Nazlı Başol adlı xanım Feysbukda paylaşıb. O bildirib ki, alıb yedikləri şorun içindən qəribə formalı maddə çıxıb. O həmin ağ maddənin nə olduğunu bilmədiyini bildirib.
Qeyd edək ki, sözügedən şorun istehsalçısı olan müəssisə fiziki şəxs Tural İsmayılovdur. Sifarişçi isə Şərifov Rəşad Nurəddin oğludur. Müəssisənin ünvanı kimi Bərdə rayonu göstərilir.
Ancaq nə sözügedən “Çinar” süd məhsulları müəssisəsi ilə bağlı, nə də istehsalçı Tural İsmayılovla bağlı internet resurslarında heç bir əlavə məlumat çırmır.
Şikayətçinin çəkib paylaşdığı videonu təqdim edirik:

Chosen
36
yenilik.az

1Sources