“ABŞ demək olar hər gün Kubanı Konstitusiya quruluşunu zorla devirməklə hədələyir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel “X” hesabında yazıb.
O bildirib ki, Vaşinqton Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün uzun illərdir tətbiq etdiyi təzyiqlərin nəticəsində zəifləyən iqtisadi vəziyyəti bəhanə kimi istifadə edir:
“ABŞ Kubanı zəiflətmək üçün illərdir iqtisadi blokada siyasəti yürüdür və bunu indi müdaxilə üçün bəhanə kimi istifadə edir”.
O vurğulayıb ki, Kubaya qarşı sərt iqtisadi siyasət bütün xalqa qarşı kollektiv cəza xarakteri daşıyır.
Migel Dias-Kanel əlavə edib ki, ən çətin ssenaridə belə Kuba xarici müdaxiləyə qarşı “qarşısıalınmaz müqavimət” göstərəcək.