EN

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb  

Xarici işlər naziri Ceyhun Bayramov martın 18-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

AZƏRTAC-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Chosen
58
41
azerbaijan-news.az

10Sources