Bakı. Trend:
Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminəyox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir.Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ənməntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1–2kiçik ara qəbul formasında qidalanmaqdır.
Trend xəbər verir ki, bufikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabındakeçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, səhər yeməyi mütləq bərpa edilməli, gününilk yarısında zülal və lif üstünlük təşkil etməlidir (yumurta,qatıq, pendir, yulaf, tam taxıl çörəyi, tərəvəz və meyvə uyğunseçimlərdir): “Bayram süfrəsində yağlı plov, qovurma, kabab, dolmavə şirniyyatın eyni oturuşda çox miqdarda qəbulu mədə boşalmasınıləngidir və xüsusən reflüks, dispepsiya, öd daşı, pankreatitə meyliolan şəxslərdə narahatlıq yarada bilər. Buna görə, ilk növbədəaz-az prinsipi “hamısından bir boşqab” prinsipindən xeylitəhlükəsizdir. Yeməyə şorba, salat, qatıq və ya yüngül zülalmənbəyi ilə başlamaq, sonradan şirniyyat və xəmir yeməklərininmiqdarını təbii olaraq azalda bilər.
Digər vacib məqam mayedir. Ramazandan sonra birdən-birə çox çay,qazlı içki və şirin şərbət içmək susuzluğu daha da artıra bilər.Gün ərzində su qəbulu mərhələli artırılmalı, çox şəkərli içkilərisə əsas maye mənbəyi kimi seçilməməlidir. Axşam saatlarında çoxağır yeməkdən sonra dərhal uzanmaq da reflüks və həzm pozğunluğunuartırır; yeməkdən sonra qısa gəzinti daha faydalıdır”.
Mütəxəssis-ekspert bildirib ki, qastroezofageal reflüksxəstəliyi, xroniki qastrit, peptik xora, funksional dispepsiya,irritabl bağırsaq sindromu, öd kisəsi daşı, şəkərli diabet,piylənmə və qaraciyər yağlanması olan şəxslər üçün bayramda çoxyemək çox vaxt simptomların alovlanması ilə nəticələnir: “Bu qrupdaporsiyanın kiçik saxlanması, şirniyyatın əsas yeməyin üzərinədeyil, ayrıca və az miqdarda qəbulu, həmçinin gecə yeməyininyüngülləşdirilməsi daha məqsədəuyğundur. Qıcqırma, döşarxası yanma,köp, sağ qabırğaaltı ağrı və ya ürəkbulanma yaranırsa, bu artıq“bayram norması” deyil”.