EN

Stas Naminin ögey oğlu nənəsini və qardaşını öldürdüyünü ETİRAF ETDİ

Stas Naminin ögey oğlu nənəsini və qardaşını öldürdüyünü gizlətməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məhkəmədən verilən məlumata görə, tanınmış musiqiçi Stas Naminin ögey oğlu nənəsini və ögey qardaşını qətlə yetirdiyini rəsmən etiraf edib.

Qeyd edək ki, bu dəhşətli qətl hadisəsi Rusiya cəmiyyətində böyük rezonans doğurub.

Ailə daxilində baş verən münaqişənin hansı səbəbdən qanla nəticələndiyi və hadisənin digər təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılır.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
interpress.az

1Sources