EN

Bu məlumatlara şərh verməyi lazım bilmirik Peskov

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Kreml Qərb mətbuatının Rusiyanın İranla ABŞ hərbi obyektləri ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmasına dair yayılan xəbərlərə münasibət bildirməyib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu müharibə ətrafında çoxlu müxtəlif məlumatların yayıldığını qeyd edib.

Onun sözlərinə görə, bu məlumatların böyük əksəriyyəti informasiya sızıntılarıdır.

“Bu məlumatların hər birinə şərh verməyi lazım bilmirik. Məsələ ilə bağlı ABŞ nümayəndəsinin sualları və şərhləri olub, o, bu barədə məlumatı olmadığını bildirib”, – Kremlin sözçüsü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
4
globalinfo.az

6Sources