EN

Rusiyanın mikrokredit şirkəti Azərbaycanda fəaliyyətə başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Korona" Mikrokredit Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.

"APA-Economics" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi isə Cəfərov Emil Vaqif oğludur.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Füzuli Ev.47, mərt.2, Füzuli Residence-də yerləşir.

Qeyd edək ki, “Korona” 2019-cu ildən Rusiyada fəaliyyət göstərən mikrokredit şirkətidir. Şirkət ilkin mərhələdə Mərkəzi Asiya ölkələri vətəndaşları (Qırğızıstan, Özbəkistan, Tacikistan) üçün fəaliyyətə başlayıb, daha sonra xidmət coğrafiyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ermənistan, Belarus və Moldova vətəndaşlarını da əhatə edib.

Rusiyanın
Chosen
61
3
apa.az

4Sources