EN

İsrailin müdafiə naziri İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib: Əhəmiyyətli sürprizlər gözlənilir - YENİLƏNİB

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürülüb.

"Ynet" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

O, İranın kəşfiyyat nazirinin gecə saatlarında öldürülməsini rəsmi olaraq təsdiqləyib.

Gün ərzində bütün cəbhələrdə İran və Hizbullaha qarşı apardığımız müharibəni daha da şiddətləndirəcək əhəmiyyətli sürprizlər gözlənilir”, - o əlavə edib.

Katzın sözlərinə görə, İranda zərbələrin intensivliyi artır: “Biz həlledici mərhələnin ortasındayıq.

***

12:17

İsrail İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürməyə cəhd edib.

Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) bu gecə Tehranda ETTELAAT rəhbərini evində hədəf alıb.

Onun taleyi məlum deyil.

İran tərəfdən rəsmi məlumat yoxdur.

Chosen
81
9
apa.az

10Sources