EN

ABŞ və İsrail Yaxın Şərqdəki münaqişəni genişləndirmək istəyir İDDİA

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İsrail Suriyanı “Hizbullah”la münaqişəyə girməyə razı salmağa çalışıb

ABŞ və İsrail Suriya hökumətini Livandakı radikal şiə islamçı qrupu “Hizbullah”la münaqişəyə girməyə inandırmağa çalışıb. AYNA.AZ xəbər verir ki, bu barədə "L'Orient-Le Jour" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr öz mənbələrinə istinadən yazıb ki, "ABŞ Suriyaya təzyiq göstərmək üçün Suriya və İsrail rəsmiləri ilə təhlükəsizlik görüşləri keçirib".

Mənbələrin verdiyi məlumata görə, Dəməşq bütün tələbləri qəti şəkildə rədd edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri İrana qarşı yeni genişmiqyaslı hücum dalğasının başladığını elan edib. Eyni zamanda, İsrail qüvvələri Livanın paytaxtı Beyrutda “Hizbullah” hərəkatının hədəflərinə zərbələr endirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
ayna.az

1Sources