EN

Kəmalə Məmmədzadə: Azərbaycanda 3 minədək yeni dövlət standartı hazırlanacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Yaxın 3 ildə Azərbaycanda 3 minədək yeni dövlət standartının hazırlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktorunun müavini/baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”na dövlət və özəl qurumların, assosiasiyaların, təsərrüfat subyektlərinin təklifləri əsasında beynəlxalq standartlara harmonizasiya edilərək işlənib hazırlanacaq 2939 normativ sənəd daxil edilib. Bu il 712, gələn il 924, 2028-ci ildə isə 1300 yeni standartın işlənib hazırlanması nəzərdə tutulur”, - deyə K.Məmmədzadə qeyd edib.

Fotoqraf - Azər İbrahimov

Video - Namiq Abdullayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
azertag.az

2Sources