EN

Arbeloa "Mançester Siti" üzərində qələbədən sonra nə danışdı?

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 3:0 hesabı ilə yendiyi "Mançester Siti"ni səfərdə də üstələyərək 1/4 finala yüksələn "Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa "Etihad"dakı matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Onlar oyuna gözlədiyimiz kimi başladılar: yüksək pressinq tətbiq edərək bizə çətinliklər yaratdılar. Topla o qədər də təmkinli davranmırdıq, amma bunu demək asan, etmək çətindir. Penaltidən sonra hər şey dəyişdi.

"Siti" ikinci hissədə "artırdımı"? Hə, şübhəsiz. Baxmayaraq ki, fasilədə biz qələbə qazanmaq, topa nəzarəti əldə saxlamaq, qollar vurmaq barədə danışmışdıq. Lakin çox güclü rəqibə qarşı mübarizə apardığımızı da unutmayaq. Hər oyunda ustalıq nümayiş etdirməyi, kollektiv futbol oynamağı, meydanda can qoyaraq qələbə qazanmağı öyrənmək lazımdır. ".

Toğrul

Chosen
31
1
fanat.az

2Sources